Altı rayonda beş gün qaz olmayacaq


Digərləri 10 Sen 2018 17:58:00 243 0

Altı rayonda beş gün qaz olmayacaq

Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı beş gün müddətində dayandırılacaq.

Bu barədə Son.az-a "Azəriqaz"dan bildirilib.

Məlumata görə, sentyabrın 11-15-də (beş gün müddətində) Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan və Ağcabədi rayonlarının təbii qaz təchizatı dayandırılacaq.