İngiltərə millisində itki


İdman 10 Sen 2018 17:38:00 292 0

İngiltərə millisində itki

İngiltərə yığmasının futbolçusu Dele Alli milli komandanın heyətindən çıxarılıb. Goal.az xəbər verir ki, Millətlər Liqası çərçivəsində İspaniya ilə matçda zədələnən 22 yaşlı futbolçu İsveçrəyə qarşı oyunda iştirak etməyəcək. Alli millinin düşərgəsini tərk edib. O, növbəti gündən etibarən, formasını geyindiyi Tottenham-in düşərgəsinə qoşulacaq. İngiltərə Millətlər Liqasında çıxdığı ilk oyunda İspaniyaya 1:2 hesabıyla uduzub.