"Hesab.az" yenilənib


Digərləri 10 Sen 2018 17:30:00 293 0

"Hesab.az" yenilənib

Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az bazarda həmişəki kimi liderliyini qoruyub saxlayır.

Bakı. Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az bazarda həmişəki kimi liderliyini qoruyub saxlayır. Trend-in məlumatına görə, Hesab.az daim yenilikləri ilə mövcud rəqabət şəraitində rəqiblərindən fərqlənən, dünyada baş verən qlobal iqtisadi və texnoloji yeniliklərə uyğunlaşmağa səy göstərən bir şirkət profili ilə çıxış edib. Yaxın günlərdə istifadəçilərə daha rahat, sürətli və təhlükəsiz ödəmə əməliyyatlarını yerinə yetirmələri üçün mövcud Hesab.az saytı və mobil tətbiqi yeniləndi. Yeni Hesab.az - daha çox müştəri yönümlü olduğunu, rahat istifadə qaydalarını və daha sürətli ödənişləri əks etdirən bir platformadır. Əlavə olunmuş yeniliklər və xidmətlər arasında istifadəçi profili, mobil nömrə və sosial şəbəkələr ilə qeydiyyat, avtomatik ödəniş, borcların əks olunması və seçilmiş ödənişlər funksiyası mövcuddur. Dünya təcrübəsində də müşahidə olunduğu kimi həyata keçirilən yeniliklərə insanların uyğunlaşması bəzən zaman alır və müxtəlif reaksiyalara səbəb olur. Bütün iş prosesləri, müştəri şikayətləri, təklif və iradlar rəhbərlik tərəfindən izlənilir. Müştəri məmnuniyyəti şirkətin əsas iş prinsipi olduğu üçün rəhbərlik bu mövzulara olduqca həssas yanaşır və şikayətlərin həllini şəxsən nəzarətdə saxlayır.