UNEC xaricdə orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığına başlayır (FOTO)


Digərləri 10 Sen 2018 17:14:00 237 0

UNEC xaricdə orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığına başlayır (FOTO)

UNEC-in Dərbənd filialında region üzrə iqtisadi təhsilin genişləndirilməsi istiqamətində yeni imkanlar yaradılıb.

Bakı. Rusiya Elm və Təhsil Nazirliyinin əmri ilə rəsmi lisenziya əsasında fəaliyyət göstərən UNEC-in Dərbənd filialında region üzrə iqtisadi təhsilin genişləndirilməsi istiqamətində yeni imkanlar yaradılıb. Universitetdən Trend-ə verilən məlumata görə, bu ilin avqust ayında Rusiya Təhsil və Elm sahəsinə nəzarət federal xidməti tərəfindən imzalanmış əmrə əsasən, UNEC-in Dərbənd filialında ali təhsil ilə yanaşı orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığı da həyata keçiriləcək. Bununla da UNEC - təhsilin hər iki istiqaməti üzrə ölkə xaricində tədris fəaliyyəti göstərən ilk Azərbaycan universiteti olub.