Səyavuş Heydərov: Cəmiyyətdə dini xurafata qarşı hamı mübarizə aparmalıdır


Digərləri 10 Sen 2018 16:56:00 273 0

Səyavuş Heydərov: Cəmiyyətdə dini xurafata qarşı hamı mübarizə aparmalıdır

Dini radikalizmdən istifadə etmək istəyən qüvvələr çalışırlar ki, müxtəlif dövlət qurumlarına nüfuz etsinlər.

Bakı. Elçin Mehdiyev - Dini radikalizmdən istifadə etmək istəyən qüvvələr çalışırlar ki, müxtəlif dövlət qurumlarına nüfuz etsinlər. Lakin bu məsələdə hər kəs diqqətli olmalı və bu cür hallara imkan verməməlidir. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov komitə ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin birgə keçirdiyi “Dini ekstremizm - ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” adlı tədbirdə deyib.