Yenə məktəb başlayır, yenə tıxac...


Digərləri 10 Sen 2018 16:01:00 230 0

Yenə məktəb başlayır, yenə tıxac...

Artıq yeni dərs ilinin başlamasına  bir həftə vaxt qalıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hər il dərs ilinin başlaması ilə əlaqədar yollarda tıxaclar da çoxalmağa başlayır. Xüsusilə bu sıxlıq günün pik saatlarında daha çox müşahidə edilməkdədir. Tıxacların yaranmasının bir neçə səbəbi olsa da, əsasən, yollardakı təmir işləri, bağlı prospektlər və küçələr də buna daha çox rəvac verməkdədir. 

Bildiyimiz kimi, paytaxtın böyük prospektlərindən olan Babək prospekti fevraldan bəri bağlıdır.  Bununla əlaqədar, hazırda Babək prospektində hərəkət birtərəflidir. Ona görə də bu yolun əsas yükü Nobel prospektinə düşür və bu səbəbdən pik vaxtlarda orada sıxlıq müşahidə olunur. 

Bu arada qeyd edək ki,avqustda bu yolla bağlı diqqətçəkən məqam qeydə alındı. 

20 gün əvvəl istifadəyə verilən hissədə söküntü işləri yenidən aparıldı. "Azəravtoyol" problemlə bağlı bildirdi ki, təmir zamanı ikiyolayırıcı hissənin çıxıntısı əsas yolun az qala yarısını tuturmuş. Maraqlısı isə budur ki, belə vəziyyət yol təmir olunandan sonra yada düşüb. Və həmin hissədə asfalt örtük, eyni zamanda işıq dirəyinin ətrafındakı yeni səki daşları sökülüb. Hazırda yolun həmin hissəsi genişləndirlərək təmir edilir.

Qeyd edək ki, prezident İlham Əliyev Bakı şəhərinin Babək prospektinin yenidən qurulması ilə bağlı 2018-ci il dövlət büdcəsindən 20, 1 milyon manat vəsaiti Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması barədə sərəncam imzalayıb.  Bundan əlavə, Məhəmməd Hadi küçəsində asfalt örtüyünün çəkilməsi ilə bağlı tıxac vəziyyəti yaranır.

Sentyabrın 8-də  isə  "Şamaxinka", 1, 4 və 9-cu mikrorayon ərazilərində böyük tıxac yaranmışdı. Sıxlıq, əsasən, Moskva prospekti, Asif Məhərrəmov, 20 Yanvar, Mir Cəlal Paşayev küçələrində müşahidə olunurdu. Bu yollarda hərəkət tamamilə dayanıb, ictimai nəqliyyat vasitələri və şəxsi minik avtomobilləri hərəkətsiz vəziyyətdə tıxacda qalıb. Buna səbəb Mircəlal Paşayev küçəsində aparılan təmir işidir. 

Yollardakı təmir işləri ilə bağlı "Qafqazinfo"ya danışan "Azəravtoyol" un mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, Babək prospektində sentyabrın axırı, oktyabrın əvvəlində təmir işlərinin başa  çatdırılması planlaşdırılır: "İşləri indiyə kimi yekunlaşdırmaq mümkün olsaydı, yəqin ki bitirərdik. Orada işçilər çalışırlar ki, təmiri tez zamanda yekunlaşdırsınlar. Hazırda 3 km hissədə asfaltlanma işləri qalıb. 


Xəbərə aid fotolar