Babək prospektinin istifadəyə veriləcəyi VAXT


Digərləri 10 Sen 2018 15:54:00 279 0

Babək prospektinin istifadəyə veriləcəyi VAXT

Bakının Babək prospektində avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, artıq prospektdə yenidənqurma işləri çərçivəsində 6 kilometr yol təmir olunub və asfalt döşənib:

"Hazırda işlər davam etdirilir. Prospektin uzunluğu 8,7 kilometrdir. Aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilir".