Politoloq: "Paşinyanın Rusiyaya səfəri onun ümidlərini puça çıxardı"


Dünya 10 Sen 2018 15:47:00 249 0

Politoloq: "Paşinyanın Rusiyaya səfəri onun ümidlərini puça çıxardı"

"Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri onun ümidlərini puça çıxardı".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfəri zamanı N.Paşinyan və onun komandası vahimə içərisində bu xəbəri eşitdi ki, Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri bundan sonra da inkişaf etdiriləcək və Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi təyinatlı məhsullar alıb və bundan sonra da bu siyasət davam etdiriləcək:

"Belə bir vəziyyətdə Paşinyan böyük bir vahimə içərisində tələm-tələsik Rusiya paytaxtına səfərə getdi. Bu səfərin uğursuz nəticələrini proqnozlaşdırmaq elə də çətin deyildi. Paşinyan güman edirdi ki, Moskvaya gedib Prezident Vladimir Putinə "biz sizin strateji müttəfiqinizik, sizin ən yaxın dostunuzuq, hər zaman Rusiyanın yanıdayıq" deməklə RF Prezidentini məmnun edəcək və yenə də ikibaşlı siyasətini davam etdirəcək".