Gürcüstan və Ermənistanın baş nazirləri arasında görüş keçirilib


Dünya 10 Sen 2018 15:25:00 211 0

Gürcüstan və Ermənistanın baş nazirləri arasında görüş keçirilib

Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın baş naziri Mamuka Baxtadze bu ölkənin baş naziri Nikol Paşinyanla görüşüb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Məlumata əsasən, baş nazirlər təkbətək görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətlərini və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.