Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır


Digərləri 10 Sen 2018 13:53:00 227 0

Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır

Bu ilin I yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 136,5 mln. dollar həcmində investisiya qoyub.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin ilkin hesabatında qeyd olunub.

Hesabata əsasən, bu ilin I rübündə Azərbaycan qonşu ölkəyə 56 mln. dollar, II rübündə isə 80,5 mln. dollar investisiya qoyub. Bu göstərici ilə bu ilin I yarısında Azərbaycan Gürcüstanın ən iri investoru olub.