Bakıda bu il keçiriləcək bal yarmarkasının tarixləri açıqlandı


Digərləri 10 Sen 2018 13:57:00 261 0

Bakıda bu il keçiriləcək bal yarmarkasının tarixləri açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ("A.M.A.Y Holdinq" MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.

Nazirlikdən Son.az-a verilən məlumata görə, sərgi-satış yarmarkasının açılışı oktyabrın 5-i saat 12.00-da olacaq.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.