Balakəndə evləri su basdı FOTO


Digərləri 10 Sen 2018 13:46:27 276 0

Balakəndə evləri su basdı  FOTO

Balakən rayonunda güclü yağış bir sıra fəsadlar törədib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 9-dan 10-a keçən gecə rayon mərkəzində, Tülü və Talalar kəndi ərazisndə qeydə alınıb.

Məlumata görə, rayon ərazisində güclü yağış və dolu nəticəsində 20-ə yaxın fərdi yaşayış evinin zirzəmisinə və həyatyanı sahəsinə yağış suyu dolub. Bundan başqa, əraziyə yağan dolu nəticəsində kənd təsərrüfatına, əkin və meyvə bağlarına ziyan dəyib. 

Rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Fərdi yaşayış evlərinin zirzəmisinə dolan yağış suyunun təmizlənməsinə Fövqəladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Ynağından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. 


Xəbərə aid fotolar