Dünyada ilk dəfə: bu ailədə ata ana,


Digərləri 10 Sen 2018 13:23:59 260 0

Dünyada ilk dəfə: bu ailədə ata ana,

Hər birimiz öz həyatımızı yaşayırıq və kimsə bizə yaşam qaydalarını diqtə etməməlidir. Oğlumuz bizi anlayır, təqdir edir. Ən başlıcası, mühümü də elə budur. Yox?!

İngiltərənin Middlsbro şəhərinin sakini Nikki Draven belə deyir.

Son.az The Mirror-a istinadən bildirir ki, Nikki və Lyuis Dravenlər 5 yaşlı Star adlı oğlanın valideynləridir.

Di gəl, valideynlər cinsi mənsubiyyətlərini dəyişmək istəyirlər.

32 yaşlı Lyuis cinsi mənsubiyyətini dəyişərək "ana" Luiza, 31 yaşlı Nikki isə "ata" Çarli olmağa hazırlaşır.

5 yaşlı star anasının saçlarını kəsməkdə Nikkiyə yardım edib ki, anası kişiyə daha çox bənzəsin.

"Cinsimi dəyişməklə bağlı qərarı spontan vermədim. Heç nə təsadüf deyildi. Hətta əməliyyat öncəsi özümü daha rahat hiss etmək üçün arıqladım. Əməliyyatdan sonra Starın anası olacağam",  - Lyuis söyləyib.