67 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)


Digərləri 10 Sen 2018 12:41:00 198 0

67 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 9-da növbəti hərrac keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 9-da növbəti hərrac keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 67 dövlət əmlakı çıxarılıb. Onlardan 17-si səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri Şirvan, Bərdə, Lənkəran, Xaçmaz kimi şəhər və rayonlarda yerləşir. Bu kateqoriyadan olan dövlət əmlaklarının 30-45% intervalında səhm paketləri prosesə çıxarılıb. Xəzər Avtonəqliyyat, Daşkəsən Aqrotexservis, Beyləqan Buzxana kimi səhmdar cəmiyyətləri təmir-tikinti, nəqliyyat, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyətə imkan verir.