Zahid Oruc onu tənqid edənlərə cavab verib
Digərləri 10 Sen 2018 12:31:00 181 0
“Birinci şəxs amili müəyyən qədər ilahi missiyadır”
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.
O qeyd edib ki, peyğəmbər haqqında da bəhs edərkən eyni epitetlərdən, oxşar anlayışlardan istifadə edilir: “İlham Əliyevin, ondan öncə isə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində daşıdıqları mühüm milli missiyadan bəhs etmişəm. Yazdığım məqalədə qeyd etmişəm ki, Musa peyğəmbər vaxtilə öz xalqı üçün fədakarlıq göstərib. Musa peyğəmbər yəhudiləri əsarətdən qurtaranda necə etmişdisə, İlham Əliyev də öz xalqını həmin üsullarla, qələbələrlə və uğurlarla müstəqilliyə öyrədir. Bəli, tarixi fakt məhz bundan ibarətdir. Azadlığımızın düz 25 ili əliyevlərin adı ilə bağlıdır. Milyonlarlarla soydaşımızın sığındığı vahid bir dövləti quran kişilər məhz Ata və Oğul Əliyevlərdir. Bu paraleldən kimsə əsas məqsəddən yayınaraq, hansısa bir ifadəni təhlil etməsi əhəmiyyətsizdir”.
Z.Oruc vurğulayıb ki, adamların sözə, fikirə, ideyalara gücü çatmayanda mütləq onun içərisindən ayırmalar edib öz arzuladıqlarını reallıq kimi qələmə verib hücuma keçirlər: “Biz onsuz da haqlı mövqedən çıxış edirik. Musa peyğəmbərə qarşı çevrilən qara düşüncə sahibləri də vardı. Eynən Prezident İlham Əliyevə də əsassız yerə müxtəlif məkanlarda kölgəsinə hücum edənlər var ki, biz onları xəyanətkar hesab edirik. Parisdən, Berlindən siyasi İŞİD təfəkkürü ilə Azərbaycana hücum edənlər varsa, bu, onlara dəyən zərbələrimizin əks-sədasıdır. Birinci şəxs amilimüəyyən qədərilahi missiyadır. Buna görə də Prezident İlham Əliyev Allahın sevdiyi insandır. O, bu illər ərzində millətini çətin, ağır təhlükələrdən xilas edib. Peyğəmbərlərlə dövlət başçıları arasında aparılan paralellər yalnız Şərq dünyasının ideyası deyil, Qərbdə də bu cür paralellər aparılır”.