Azərbaycanda daha yüksək maaş verilən sahələr - SİYAHI


Digərləri 10 Sen 2018 12:31:00 233 0

Azərbaycanda daha yüksək maaş verilən sahələr - SİYAHI

2018-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1543,1 min nəfər olub.

Bakı. Elçin Mehdiyev - 2018-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1543,1 min nəfər olub. Trend-in məlumatına görə, onlardan 881,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 661,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 21,3 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.