Dövlət qulluğuna qəbul üçün sınaq imtahanlarına qeydiyyat davam edir


Digərləri 10 Sen 2018 12:26:00 214 0

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanlarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 12-si və 22-də növbəti sınaq imtahanları keçiriləcək.

DİM-dən Son.az-a verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə aparılacaq. İmtahanlar saat 10.00-da başlanacaq.

Namizədlər imtahanı mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak üçün online qeydiyyat müvafiq olaraq sentyabrın 12 və 22-də saat 9.00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.