700 bal toplamış gənc: "Azərbaycanda ən ideal universitet BANMdır"


Digərləri 10 Sen 2018 12:13:00 320 0

700 bal toplamış gənc: "Azərbaycanda ən ideal universitet BANMdır"

Bu ilin qəbul imtahanında 700 bal toplayan ­­­­­­­­­­­­­­­­­Elgün Zamanlı Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

Son.az müsahibəni təqdim edir:

- Elgün, özünüz haqda bir az danışın.

- Mən Elgün Zamanlı, 2001-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. 2006-cı ildən Xırdalan şəhərində yaşayıram. 2007-ci ildə Xırdalan şəhəri 9 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam, 2018-ci ildə isə həmin məktəbdən məzun olmuşam.

- Qəbul imtahanında göstərdiyiniz uğura görə kimə təşəkkür edərdiz?

- Əlbəttə ki, valideynlərimə və müəllimlərimə təşəkkürümü bildirirəm. Onların üzərimdə əməyi çox böyükdür.

- Niyə I qrupa üstünlük vermisiz?

- Texniki fənlərə olan marağım və mühəndis olmaq arzum məni bu qrupa yönəltdi.

- Ən çox hansı fənni və nə üçün sevmisiz?

- Riyaziyyat. Digərlərindən fərqli olaraq bu fənlə məşğul olanda sıxılmırdım.

- Ali məktəblər arasında nə üçün məhz BANM-ı seçdiz?

- Tələbələrinə göstərdiyi qayğısı ilə və universiteti bitirdikdən sonra işlə təmin etdiyinə görə digər universitetlərdən çox fərqlənir. Mənim fikrimcə, Azərbaycanda mühəndis olmaq istəyənlər üçün ən ideal universitet BANM-dır.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

- Boş vaxtlarımda futbol oynamağı və futbol izləməyi sevirəm. Bir sözlə, futbolla bağlı hər şeyi sevirəm. Şahmat oynamaq, dostlarımla gəzmək də boş vaxtlarımda etdiyim fəaliyyətlərdəndir.

- BANM-da hansı ixtisası seçdiz?

- Mən "İnformasiya təhlükəsizliyi" ixtisasını seçdim.

- Niyə məhz bu ixtisasda təhsil almağa qərar verdiz?

- Həm yeni açıldığı üçün mənə maraqlı gəldi, həm də düşünürəm hazırda ən perspektivli ixtisaslardan biridir. İndi yaşadığımız dövrdə "İnformasiya təhlükəsizliyi"nin nə dərəcədə mühüm olduğu hamıya məlumdur. Məhz bunun üçün heç tərəddüd eləmədən bu ixtisası seçdim.