Fədayə Laçının məhkəməsi davam etdirilib


Digərləri 10 Sen 2018 11:49:00 228 0

Fədayə Laçının məhkəməsi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən, təqsirləndirilən İsrafil Soltanovun həyat yoldaşı Vüsalə Soltanova qeyd edib ki, hadisə günü yoldaşı evdə olub: "Aqil evə gəlib, onu çağırdı. Gecə gəlmədi. Saat 1-də ona zəng elədim, götürmədi. Sonradan özü yığdı ki, adam var, onu yola salıb gələcəklər. Səhər 6-da evə gəldi. Pasportunu götürdü. Mən və baldızım da onunla Dağıstana getdik. Həmin günü getdik, yoldaşımla bizi sərhəddə saxladı. Hadisədən sonra bu məsələdən xəbər tutmuşuq". Məhkəmədə Masallı rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin rəisi Rəşid Həşimov da şahid qismində dindirilib. O bildirib ki, təqsirləndirilənlərdən Əli Ağamini tanıyır: "Müxtəlif vaxtlarda Əli Ağami bizə gətirilib. Çox vaxt daxili rejim qaydalarını pozurdu. 2017-ci il oktyabrında etab olunan zaman dedi ki, özümə qəsd edəcəyəm. Mən də adiyyəti şəxslərə, növbətçiyə məlumat verdim. Rəhbərlik tərəfindən konkret olaraq xidmət rəisi Elmar Paşayev tapşırıq verdi ki, onu qaytaraq. Həmin tapşırığı icra etdim". Əli Ağami isə şahidin yalan danışdığını və özünə qəsd etmək fikrinin olmadığını söyləyib. Təqsirləndirilən şəxs, keçmiş konvoy taborunun əməkdaşı Ceyhun Səmədov isə deyib ki, Masallıda Əli Ağamini qəbul etmək istəməyiblər: "Orda dedilər k, biz Əlini qəbul edirik, amma qaytaracağıq. Həmin gün Lənkəranda bizə Etibar Məmmədovu qaytaracağını dedilər. Biz də bu barədə rəhbərliyə məruzə elədik"