Bakı metrosunda qatarları daha az gözləyəcəksiniz


Digərləri 10 Sen 2018 11:20:00 248 0

Bakı metrosunda qatarları daha az gözləyəcəksiniz

Gələn həftədən "Bakı Metropoliteni" QSC qış rejiminə keçəcək. 

Son.az xəbər verir ki, bunu report-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda iş qrafikinin dəyişdirilməsinə hazırlıq görülür: "Yeni qrafiklə interval 2 dəqiqəyə salınacaq. Bir stansiyadan keçən qatarların sayı isə 30 cütə çatdırılacaq".