Azərbaycanda Məhərrəm ayı ilə əlaqədar monitorinqlər keçiriləcək


Digərləri 10 Sen 2018 11:08:20 242 0

Azərbaycanda Məhərrəm ayı ilə əlaqədar monitorinqlər keçiriləcək

Məhərrəm ayının başlanması ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər müvafiq icra strukturları tərəfindən monitorinqlər keçiriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə komitənin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, monitorinq çərçivəsində qanunvericiliyin tələblərinə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin fətvasına riayət olunmasına nəzarət olunacaq.

Komitə rəsmisi vurğulayıb ki, qurum Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinə çalışır:

"Əsas məqsədlərimizdən biri QMİ-nin fətvasında göstərilən tövsiyələrə əməl olunması ilə bağlıdır. Bu istiqamətdə İdarə ilə birlikdə işlərimizi Məhərrəm ayının sonuna qədər davam etdirəcəyik. Hər il bu sahədə irəliləyişlər müşahidə edilir. İnanırıq ki, bu il də Məhərrəm ayında keçirilən istər Aşura mərasimləri, istərsə də təziyə mərasimləri ilə bağlı əvvəlki illərə nisbətən müsbət nəticələr əldə olunacaq".