Gömrükçülər qanunsuz yolla gətirilən siqaretlər aşkarladı (FOTO)


Digərləri 10 Sen 2018 10:53:00 214 0

Gömrükçülər qanunsuz yolla gətirilən siqaretlər aşkarladı (FOTO)

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21070" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Bakı. Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21070" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. DGK-dan Trend-ə verilən məlumata görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda olan gödəkçənin içərisindən və vətəndaşın üzərindən 2800 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.