“ASAN xidmət”də 24 milyonuncu müraciət qeydə alınıb


Sosial 10 Sen 2018 10:14:23 308 0

“ASAN xidmət”də 24 milyonuncu müraciət qeydə alınıb

Nəsib və Nasir qardaşları təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıblar

“ASAN xidmət”ə 24 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"a verilən məlumata görə, bu müraciət Sumqayıt “ASAN xidmət” mərkəzinə Cavadovlar ailəsi tərəfindən edilib. Ailə Ədliyyə Nazirliyinin doğumun qeydə alınması xidmətinə müraciət edərək əkiz övladlarına doğum haqqında ilkin şəhadətnamə alıb.

Nəsib və Nasir qardaşları 24 milyonuncu müraciətin sahibləri kimi təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.