Kim paradda danışmadı,


Dünya 10 Sen 2018 10:17:00 291 0

Kim paradda danışmadı,

Şimali Koreya Xalq-Demokratik Respublikasının yaranmasının 70 illiyi münasibətilə Pxenyanda hərbi parad keçirilib.

Son.az CBS-ə istinadən bildirir ki, Şimali Koreyanın lideri Kim Çen In tribunada duraraq paradı qəbul etsə də, ilk dəfə olaraq nitq söyləməyib.

Bundan başqa, Şimali Koreya tarixində ilk dəfə paradda hərbçilərlə yanaşı, hərbi inşaatçılar və hətta tibb bacıları tribunaların önündən keçiblər.

Kim Çen Inın əvəzinə paradda Şimali Ali Xalq Məclisinin sədri Kim Yon Nam danışıb. Onun nitqində əsas məsələlər müdafiə və hərbi nüanslar yox, iqtisadi inkişafla bağlı məqamlar idi.

Paradda Şimali Koreyanın hazırladığı yeni, nüvə başlıqları daşıya bilən "Hvason-15" qitəlararası ballistik raketi də nümayiş olunmayıb.


Xəbərə aid video


Xəbərə aid fotolar