Erməni işğalının yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasında yaratdığı problemlər (FOTO)


Digərləri 10 Sen 2018 09:52:00 226 0

Erməni işğalının yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasında yaratdığı problemlər (FOTO)

Erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş yeniyetmələrin sosial-psixoloji uyğunlaşması qiymətləndirilib.

Bakı. Elçin Mehdiyev - Erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş yeniyetmələrin sosial-psixoloji uyğunlaşması qiymətləndirilib. Trend-in məlumatına görə, bununla bağlı Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi tərəfindən Bakıda, Ağdam və Bərdə rayonlarında “Məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasının qiymətləndirilməsi” layihəsi həyata keçirilib. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərşivəsində tərtib olunmuş xüsusi sorğu test və proyektiv metodlarla məcburi köçkün məktəblərində oxuyan yeniyetmələrin psixi vəziyyəti qiymətləndirilib və onların sosial-psixoloji uyğunlaşması ilə bağlı tövsiyələr hazırlanıb. Tədqiqata Bakıda, Bərdə və Ağdam rayonlarında məskunlaşan 259 nəfəri oğlan və 251 nəfəri qız olmaqla ümumilikdə 510 məcburi köçkün yeniyetmə cəlb olunub. Tədqiqat zamanı müəyyənləşdirilib ki, digər yeniyetmələrlə müqayisədə məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasında ciddi fərqlər var. Aparılan tədqiqatın nəticələri göstərib ki, məcburi köçkün ailələrindən olan yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasında özünəinamın olmaması, özünəqapanma, həyəcan, təşviş, emosinal özünüifadənin aşağı səviyədə olması, qeyri-adekvat özünüqiymətləndirmə kimi bir sıra problemlər özünü büruzə verir. Müəyyənləşdirilib ki, məcburi köçkün ailələrdə böyüyən yeniyetmələrdə frustrasiya, rigidliliyə və aqressiyaya daha çox meylilik var. Bu isə öz növbəsində yeniyetmələrin cəmiyyətə inteqrasiya olunmasına mane olur. Aparılmış tədqiqatın nəticələri əsasında bir sıra təklif və tövsiyələr irəli sürmək mümkündür: