Onbranch startapından “Gənc Ol!" istifadəçiləri üçün yeni imkanlar


Digərləri 10 Sen 2018 09:57:00 264 0

Onbranch startapından “Gənc Ol!" istifadəçiləri üçün yeni imkanlar

Onbranch startapının təqdim etdiyi yeni layihəyə əsasən Azercell şirkətinin “Gənc Ol!" loyallıq proqramı Onbranch mobil tətbiqinə inteqrasiya ediləcək.

Bakı. Ölkənin mobil kommunikasiya bazarının lideri Azercell Telekom tərəfindən ölkəmizdə gənclər üçün sahibkarlıq mühitinin inkişafına dəstək məqsədilə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir yerli startapın fəaliyyətinə təkan vermis oldu. Onbranch startapının təqdim etdiyi yeni layihəyə əsasən Azercell şirkətinin “Gənc Ol!" loyallıq proqramı Onbranch mobil tətbiqinə inteqrasiya ediləcək. Beləliklə, "Gənc Ol!" abunəçiləri Onbranch tətbiqini yükləməklə yaxınlıqda olan endirimlər və aksiyalar barədə dərhal məlumat ala biləcəklər. Bununla yanaşı, abunəçilər üzv olduqları "Gənc Ol!" platforması ilə daha sıx və faydalı təması məhz Onbranch üzərindən qura biləcəklər. Startapın texniki imkanları vasitəsilə loyallıq sisteminin daha çevik, effektiv və əlçatan olması nəzərdə tutulur. Mobil tətbiq vasitəsilə loyallıq proqramına qoşulmaq və sərfəli endirimlərdən yararlanmaq üçün “Gənc Ol!” tarifinin abunəçiləri https://onbranch.com/gencol linkinə daxil ola bilərlər.