Hindistanda BIMSTECin təlimləri başlayır


Dünya 10 Sen 2018 09:29:00 160 0

Hindistanda BIMSTECin təlimləri başlayır

Tarixdə ilk dəfə olaraq BIMSTEC (Banqladeş, Hindistan, Myanma, Şri-Lanka və Tailandın daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı) ölkələrinin Hindistanda birgə təlimləri başlayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, təlimlər sentyabrın 10-16-da Maxaraştra ştatının Puna şəhərində keçiriləcək.

Daha öncədən Nepal və Tailand təlimlərdə iştirak edə bilməyəcəkləri barədə bəyan etdiyindən təlimlərə yalnız müşahidəçilərini göndərəcəklər. Digər ölkələr isə 30 hərbçidən ibarət qrupla təmsil olunacaq.