Yaponiyada ötən həftə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 44ə çatıb


Dünya 10 Sen 2018 08:55:00 245 0

Yaponiyada ötən həftə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 44ə çatıb

Ötən həftə Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ nəticəsində 44 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Yosixide Suqa Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib.

Y.Suqa deyib: "Hokkaydoda zəlzələ nəticəsində 44 nəfər həlak olub, itkin düşən yoxdur. Zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində özünümüdafiə qüvvələrinin, polis və yanğından müdafiənin 40 min əməkdaşı iştirak edir. Axtarış və xilasetmə əməliyyatlarında və humanitar yardımın çatdırılmasında 67 helikopter iştirak edir".