İki avtomobil toqquşub,


Digərləri 10 Sen 2018 08:12:00 253 0

İki avtomobil toqquşub,

Lənkəran şəhərinin mərkəzində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə akademik Zərifə Əliyeva və Mirzə Məhəmmədhüseyn Axund küçələrinin kəsişməsində olub.

"99-BN-445" dövlət qeydiyyat nişanlı yük maşını ilə "55-BM-518" dövlət qeydiyyat nişanlı minik avtomaşınlarının toqquşması nəticəsində biri yüngül olmaqla dörd nəfər xəsarət alıb.

Yaralılardan birinin azyaşlı olduğu bildirilir. Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar