Azərbaycanda süni şəraitdə yetişdirilən zəlilərin ölkə daxilində və xaricdə satılması üçün danışıqlara başlanılıb


Digərləri 10 Sen 2018 07:51:10 204 0

Azərbaycanda süni şəraitdə yetişdirilən zəlilərin ölkə daxilində və xaricdə satılması üçün danışıqlara başlanılıb

Azərbaycanda süni şəraitdə yetişdirilən zəlilərin ilk dəfə olaraq, ölkə daxilində və ölkədən kənarda satılması üçün danışıqlara başlanılıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda süni şəraitdə yetişdirilən zəlilərin ilk dəfə olaraq, ölkə daxilində və ölkədən kənarda satılması üçün danışıqlara başlanılıb. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib. E.Yusifovun sözlərinə görə, yerli şirkətlərdən biri Zoologiya İnstitutunun yetişdirdiyi zəlilərlə maraqlanmağa başlayıb. Şirkətlə bağlanılacaq xidməti müqavilə əsasında zəlilərin Zoologiya İnstitutu tərəfindən yetişdirilməsi, onun daha sonra həmin şirkətə satılması, şirkətin isə onu bazara çıxarması nəzərdə tutulur. Zəlilərin institutun Ağsu Təcrübə Dayaq Məntəqəsindəki süni göllərdə çoxaldılmaqla satış üçün hazırlanması planlaşdırılır. E.Yusifov qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq, Zoologiya İnstitutu tərəfindən zəlilər süni şəraitdə çoxaldılıb. Artıq 2000-ə qədər zəli çoxaldılaraq institutun Mingəçevir Təcrübə Dayaq Məntəqəsinə təhvil verilib.