Özünə vaxt ayıra bilməyən xanımlara


Digərləri 10 Sen 2018 07:28:00 273 0

Özünə vaxt ayıra bilməyən xanımlara

"Özümə baxmağa vaxtım yoxdur", - deyən xanımlara Son.az ailem.az-a istinadən qısa zaman çərçivəsində praktik makiyaj və baxım yollarını təqdim edir.

- Üzünüzü əvvəlcə isti, sonra soyuq su ilə yuyun. Bu, qan dövranını sürətləndirir və üz əzələlərini hərəkətə gətirir.

- Səhərlər oyandığınızda sizi yaxşı göstərməyəcək qüsurları tonal krem vasitəsilə gizlədin.

- Çox makiyaj etməsəniz də, gözlərinizə etdiyiniz sadə makiyajla üzünüz canlı görünəcək. Üzünüzün daha canlı və baxımlı görünməsi üçün kirpiklərinizə tuş çəkməyi unutmayın.  

- Yanaqlarınıza yüngülcə ənlik çəkmək üzünüzə canlılıq qatacaq.

- Dodağınıza sürtdüyünüz parlaq bir dodaq boyası üzünüzü canlı göstərəcək.