Cins ətəkləri belə kombinə edin


Digərləri 10 Sen 2018 07:07:00 309 0

Cins ətəkləri belə kombinə edin

Hər mövsüm geyilən və hər stilə mükəmməl uyğunluq verən zamansız parçalardan biri olan cins ətəkləri sevməyən varmı?

1990-cı illərdən günümüzə qədər populyarlığını itirməyən cins ətəklər hər mövsüm dəbdədir. Cins idman üslublu bir parça olmasına rəğmən bir çox fərqli stildə istifadə edilə bilir. Son.az ailem.az-a istinadən cins ətəklərlə müxtəlif kombin yaratmağın sirlərini açıqlayır.

Yay mövsümü üçün cins ətək modellərini, idman, şifon köynəkləri kimi fərqli stillərlə kombinləyə bilərsiniz. Fərqli kəsimlərə sahib cins ətək modelləri imicinizə ən uyğun tərzi əks etdirə biləcək formada kombin imkanı verir.

A kəsimə sahib cins ətəkləri, qısa üstlər və bustiyerlərlə bir araya gətirə bilərsiniz. Bantlı və dabanlı sandal modelləri bu kombini tamamlarkən həm şıq, həm də son dərəcə rahat hiss etməyinizi təmin edəcək. İdman ayaqqabı modelləri ilə də olduqca dinamik bir görünüş yaratmağa imkan versə də, ən yaxşı nəticələr sandal modelləri ilə olur.

Gənc, şıq və idmançı