Ayaqqabı alarkən bunlara diqqət edin


Digərləri 10 Sen 2018 06:30:00 398 0

Ayaqqabı alarkən bunlara diqqət edin

Adətən estetik baxımdan bəyənilən bir ayaqqabının ayaq sağlamlığına mənfi təsir edəcəyi heç düşünülmür. Ancaq bilmək lazımdır ki, ayağa uyğun olmayan ayaqqabıların istifadəsi bəzi deformasiyalara səbəb olur. Son.az ailem.az-a istinadən türkiyəli travmatoloq Fener Çelebinin bununla bağlı məsləhətlərini təqdim edir.

Taxta, ya da qalın bir materialdan hazırlanmış, elastik olmayan və dabanı çox nazik ayaqqabılar ayaq bağı və oynaqlarının həddindən çox yüklənməsinə və ağrıya səbəb olur.

İti burunlu ayaqqabılar isə barmaqlarda forma pozulmasına zəmin yaradır. Dar və hündür dabanlı ayaqqabılar isə ayaq burxulmalarına yol açır. Buna görə iti burun yerinə daha geniş pəncəli və daha qısa dabanlı ayaqqabılar seçilməlidir.

Hündür daban duruş pozuqluğuna səbəb olur

8 sm-dən uzun dabanlı və iti uclu ayaqqabılar uzun müddətli istifadə edildiyində bel, ayaq, diz, topuq və ayağın ön qismində anormal yüklənmələrə səbəb olur. Hündür dabanlı bu ayaqqabılar "postur" adı verilən fizioloji duruşu da poza bilər. Bel, qıç, diz, ayaq əzələləri və topuqda postur pozuqluğundan qaynaqlanan anormal güc basqısı isə bir çox xəstəliyə yol aça bilər.

Qoxuya yol açar

Sağlamlığa uyğun şəkildə istehsal olunmayan ayaqqabılar, ayaq tərləməsi və qoxusu ilə bərabər, ayaq, topuq baldır və bel ağrısı, tez yorulma kimi narahatlıqlara yol açır. Bu cür ayaqqabılar basma pozuqluğu, topuq burxulması, dırnaq batması, göbələk, döyənək, dəri çatları, damar xəstəliyi və ayaqda forma pozuqluğu kimi bir çox narahatlığa da rəvac verir.

Ayaqqabı alarkən bunlara diqqət!