Pərəstişkarları tərəfindən öldürülən MƏŞHURLAR FOTO


Digərləri 09 Sen 2018 22:30:00 291 0

Pərəstişkarları tərəfindən öldürülən MƏŞHURLAR  FOTO

Məşhur insanlar hər zaman sevənlərinin diqqət mərkəzindədir. Heyranı olduğumuz insanların geyimi, həyat tərzi, görünüşləri hər zaman bizim marağımızda olur. Bəzən isə bu sevgi o dərəcədə güclü olur ki, fanatizm dərəcəsinə qədər böyüyür və ölümlə nəticələnir.

Son.az "ölkə.az"-a istinadən pərəstişkarları tərəfindən öldürülən bəzi məşhurları təqdim edir.

1. Kristina Grimmer

"O Səs ABŞ" yarışmasının 22 yaşlı ulduzu, 2016-ci il 10 iyun imza günündə hamının gözü önündə fanatı Kevin James Loibl  tərəfindən odlu silahla qətlə yetirilib. Onun dostu qeyd edib ki, tənhalığı sevən və Kristinaya dəlicəsinə aşiq olan Kevin onun videolarını dayanmadan izlədiyirdi.

2. Selena Quintan

Məşhur Latın Amerikalı müğənnisi Selena 1995-ci ilin 31 mart tarixində fan klubunun qurucusu Yolanda Salvidar tərəfindən oteldə qətlə yetirilib. 1991-ci ildə tanış olan cütlük 4 il bir yerdə fəaliyyət göstərib. Sonda müğənni tərəfindən işdən qovulmasına hiddətlənən Yolanda bu məkirli planı həyata keçirib.

3. Rebecca Schaeffer   Aktrisa Rebeka Şeffer də öz fanatı tərəfindən öldürülən məşhurlardandır. O, 1989-cu il 18 iyulda öz evinin qarşısında, heyranı Robert Con Bardo tərəfindən öldürülmüşdür. Rebekanın 3 il hər addımını izləyən Robert onu 21 yaşı olarkən qətlə yetirib. 

4. Dimebag Darrell

38 yaşlı "Pantera" qrupunun gitaristinə səhnədə çıxış edərkən sui-qəsd təşkil edilib. Onun qatili, fanatik heyranı olan ABŞ dəniz qüvvələrinin əsgəri Natan Galedir. O, "Pantera" qrupunun məhz Dimebag tərəfindən dağıldığını bildirərək, intiqamını aldığını söyləyib.


Xəbərə aid fotolar