Avtobuslarda sürücü və sərnişinlərin mübahisəsi hansı səbəbdən yaranır? VİDEO


Digərləri 09 Sen 2018 22:25:00 273 0

Avtobuslarda sürücü və sərnişinlərin mübahisəsi hansı səbəbdən yaranır?  VİDEO

Sosial şəbəkələrdə sürücü ilə sərnişinin əlbəyaxa davasını əks etdirən görüntülər yayılıb. Kadrlarda sürücü ilə sərnişinin bir-birini təhqir etdiyi və dalaşdığı açıq aydın görünür. Ümumiyyətlə son vaxtlarda sürücü və sərnişinlər arasında baş verən bu cür davalara və mübahisələrə tez-tez rast gəlinir. Bəs bu cür davaların səbəbkarı kim olur?

Son.az bildirir ki, sərnişinlər mübahisələrdə hər iki tərəfin günahkar olduğunu deyirlər. Amma davaların əsas səbəbkarı kimi sürücüləri gördüklərini bildirirlər.

Sürücülər isə mübahisələrin sərnişinlərdən qaynaqlandığını söyləyirlər.