Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə olunub


Digərləri 09 Sen 2018 22:15:00 226 0

Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə olunub

Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərin doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət və taxta tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Zirzəmi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.