Bu yazı qadınlara birbaşa TƏSİR EDƏCƏK


Digərləri 09 Sen 2018 22:04:00 249 0

Bu yazı qadınlara birbaşa TƏSİR EDƏCƏK

Bədənimiz ruhumuzun yaşadığı evdir.

Baxımlı qadın kimdir? Bu, xarici görünüşünə nəzarət edən və əksər hallarda yaxşı görünən qadındır. Bu qadınlar hər yerdə gözəl və ya neytral ətir seçimi, zövqlü geyimi, parıltılı saçları, sağlam dəri rəngi, səliqəli manikürü və yerli-yerində makiyajı ilə dərhal seçilir.

Yaxşı görünmək gündəlik yerinə yetirməli olduğumuz işdir. Üstəlik xoş vəzifədir. Amma biz hamımız yüzlərlə qadın tanıyırıq ki, baxımına laqeyd yanaşır. Onlar üçün gözəl olmaq yalnız bayramdan-bayrama və xüsusi hallarda mümkündür.

Şübhəsiz ki, onların görünüşlərinə qarşı laqeydliyi və öz xeyrinə gətirdikləri "tutarlı" arqumentlərini eşitmək kədərlidir. Əksəriyyətinin bəhanəsi də zaman qıtlığıdır: ər, uşaqlar, məişət problemləri, iş-güc, ailə qayğıları və s. O qədər məşğuldurlar ki, 24 saat ərzində baxımlarına və makiyaja 10-15 dəqiqə ayırmağa ümumiyyətlə, vaxtları yoxdur. İnandırıcı səslənmir, elə deyilmi?

Daha çox vaxtı olan qadınlar da tənbəlliyini əldə rəhbər tutaraq baxımsız görkəminə haqq qazandırır. Digər qrupu isə gözəl görünməyin sirlərinə bələd olmadığını etiraf edir. Halbuki, sosial şəbəkədə saç, makiyaj və bədənə qulluq barədə minlərlə mənbə tapmaq olar. Bu, hələ hamısı deyil. Xüsusi qadın qrupu da var ki, baxımlı olmağın həqiqətən vacibliyinə şübhə ilə yanaşır. Bu, lap dəhşətdir...

Bəs gözəl görünmək nə üçün vacibdir?