Ziyarətgaha getmək üçün evdən çıxıb və geri qayıtmayıb Bakıda VİDEO


Digərləri 09 Sen 2018 21:54:00 297 0

Ziyarətgaha getmək üçün evdən çıxıb və geri qayıtmayıb  Bakıda  VİDEO

Paytaxtda ziyarətə gedən şəxs geri qayıtmayıb.

Son.az bildirir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini Ağabala Şərifovdan ailəsi iki aya yaxındır ki, ondan xəbər ala bilmir.

Ağabala Şərifovun qızı Zenfira Şərifova deyir ki, o Mərdəkanda yaşadığı bağ evindən ziyarətə getmək adı ilə çıxıb.

Zenfira Şərifovanın sözlərinə görə, atasının yaşı çox olsa da, fiziki cəhətdən sağlam olub.