ABŞ fosforlu bombalarla Suriyaya havadan zərbə endirib


Dünya 09 Sen 2018 21:40:00 255 0

ABŞ fosforlu bombalarla Suriyaya havadan zərbə endirib

ABŞ Hərbi Hava Qüvvələrinin iki qırıcısı sentyabrın 8-də Suriyanın Deyr-əz-Zor əyalətinə fosforlu döyüş sursatları ilə zərbə endirib.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko məlumat verib.

"Amerika aviasiyasının F-15 təyyarələri sentyabrın 8-i fosforlu yandırıcılı döyüş sursatlarından istifadə etməklə Deyr-əz-Zor əyalətinin Hacin yaşayış məntəqəsinə zərbə endirib", - deyə o bildirib.