Dünyada oturaq həyat tərzi keçirənlərin sayı çoxalıb


Digərləri 09 Sen 2018 20:45:00 301 0

Dünyada oturaq həyat tərzi keçirənlərin sayı çoxalıb

Dünyada hər üç qadından biri və hər dördüncü kişi oturaq həyat tərzi sürür ki, bu da piylənmə və digər ciddi xəstəliklərlə nəticələnir. Dünya Səhiyyə Təşkilatı (DST) artıq bu barədə həyəcan təbili çalır. Onlar hər kəsi üzgüçülük, qaçış, piyada gəzmək, velosiped sürmək və digər idman növləri ilə məşğul olmağa çağırırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Lanset jurnalında DST-nin bu istiqamətdə apardığı yeni araşdırmaların nəticələri nəşr olunub. Məqaləyə əsasən oturaq həyat tərzi ürək xəstəliyi, iflic, şəkərli diabet, hətta döş və digər orqanların xərçəngi ilə nəticələnə bilər. Mütəxəssislərin fikrincə idman normal çəkini qorumaqla yanaşı, zehni artırmağa və demensiyanın yaranmasının qarşısını almağa kömək edir.

DST-nin həkim və beynəlxalq ekspertləri mütəmadi olaraq fiziki fəaliyyətin əhəmiyyətini xatırladırlar. Lakin bildirilir ki, son on il ərzində

bu istiqamətdə nəzərəçarpacaq bir düzəliş yoxdur. İndiyədək orta hesabla dünyada yetkin əhalinin dörddəbiri belə tibbi tövsiyələri yerinə yetirmir. Dünya əhalisi arasında əsasən qadınlar və yaşlıların öz sağlamlıqlarının qeydinə qalmaları üçün şərait yoxdur.