Saç tökülməsinin qarşısını alan QİDALAR SİYAHI
Digərləri 09 Sen 2018 20:30:00 290 0
Gündəlik 50-200 saç tükünün tökülməsi normaldır. Amma bundan çox saç tökülməsi qidalanmada nəyinsə düzgün olmadığına işarədir.
Son.az "ölkə.az"-a istinadən saç tökülməsinin qarşısını alan qidaların siyahısını təqdim edir.
Mövsümlərin dəyişməsi, hormonal faktorlar və qeyri-stabil həyat tərzi saçlara mənfi təsir edir.
Xüsusən də protein, dəmir və digər maddələrin olduğu qidalarla saç sağlamlığını bərpa etmək mümkündür. Saç keratin proteindən ibarətdir.
Saç sağlamlığı üçün protein kifayət deyil. Bunun yanında saç və saç dərisi üçün faydalı olan digər qidalar: dəmir, biotin, sink, selenium, mis və maqneizum, A, B6, C, D,P E vitaminləri lazımdır.
Selenium
Selenium balıq, taxıl bitkiləri, gül kələmi, kələm, kərəviz, xiyar, soğan, turp, sarımsaq, göbələk, yumurta və günəbaxan tumunun tərkibində olur.
D vitamini
Ən yaxşı D vitamini mənbəyi günəşdir. Amma uzun müddət günəş şüasına məruz qalan saçlar da ziyan çəkir. Bu səbəbdən də yağlı balıq, yumurtanın sarısı, pendir və süd qəbul etmək lazımdır.
Sink
Dəniz məhsulları, ət, quru paxla və göbələyin tərkibində var.
A vitamini
Balıq, yumurta, qırmızı ət, süd, qatıq, yerkökü, ərik qurusu, yemiş, şaftalı, ispanaq, gül kələmi, cəfəri kimi qidaların tərkibində var.
E vitamini