Azərbaycanda yetişdirilən Sultani, Sardoni, Marloni, Moldovan, Təbrizi...


Digərləri 09 Sen 2018 20:04:00 279 0

Azərbaycanda yetişdirilən Sultani, Sardoni, Marloni, Moldovan, Təbrizi...

Cəlilabadda üzüm yığımı artıq başa çatmaq üzrədir. Bu il rayonda ümumilikdə 1331 hektar üzüm sahəsi əkilib. Qeyd olunan sahədən 9.920 ton üzüm yığılıb.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Cəlilabad Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsinin baş aparıcı məsləhətçisi Rafael Məmmədov deyib. Onun sözlərinə görə, 1331 hektarlıq ərazinin 801 hektarını süfrə üçün nəzərdə tutulan üzümlər təşkil edir, yerdə qalan 530 hektar isə texniki istehsal üçün yetişdirilir:

"Bu sahələrdə süfrə üzümlərinin növləri Sultani, Prima, Otan royal, Sardoni və Marlonidir. Texniki istehsal üçün isə Pinon, Saperave, Kaberne, Moldovan, Təbrizi və Sirah növləri var. Sentyabr ayının ortalarına qədər yığımı tam başa çatdırmağı planlaşdırırıq".

R.Məmmədov yerli və xarici üzüm sortlarından da danışıb: