Yoqa müəllimləri üçün təkərli evcik FOTO


Digərləri 09 Sen 2018 19:44:00 237 0

Yoqa müəllimləri üçün təkərli evcik  FOTO

Şotlandiyanın "Echo Living" dizayner şirkətinin layihəsi əsasında təbiət qoynunda məxsusi olaraq yoqa müəllimləri üçün təkərli evcik tikilib. Burada yoqa ustalarının məşqləri üçün hər bir şərait yaradılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəniz kənarında, eyni zamanda, gözəl təbiət qoynunda inşa olunan ev sadə və çox işıqlıdır. Qonaq və vanna otaqlarından ibarət evin işıqlandırılması günəş batareyalarının hesabına həyata keçirilir. Minimalizm stilində icra edilən və ekoloji tikinti materiallarından inşa olunan evdə artıq mebel olmadığından onun çox geniş olması təsəvvürü yaranır.


Xəbərə aid fotolar