Qadınpilotlarının ən çox olduğu ölkə hansıdır?


Digərləri 09 Sen 2018 19:20:00 191 0

Qadınpilotlarının ən çox olduğu ölkə hansıdır?

Aviasiya Pilotlarının Beynəlxalq Assosiasiyasının məlumatına görə, qadın-pilotların sayına görə dünyada birinci yerdə Hindistandır.

Trend "The Telegraph"a istinadən xəbər verir ki, dünyada pilotların 5%-i qadınlardır, Hindistanda isə bu göstərici 13%-dir. Qeyd olunur ki, bu göstərici bir sıra Qərb ölkələrindəki göstəricidən 2 dəfə çoxdur, o cumlədən Böyük Britaniya (4,77%) və ABŞ (4,36%) daxil olmaqla.

Maraqlıdır ki, 2012-ci ildə Hindistan gender bərabərliyi baxımından böyük iyirmiliyin ən pis ölkəsi elan olunmuşdur.