Qadın-pilotlarının ən çox olduğu ölkə hansıdır?


Digərləri 09 Sen 2018 19:13:00 230 0

Qadın-pilotlarının ən çox olduğu ölkə hansıdır?

Aviasiya Pilotlarının Beynəlxalq Assosiasiyasının məlumatına görə, qadın-pilotların sayına görə dünyada birinci yerdə Hindistandır.

Bakı. Aviasiya Pilotlarının Beynəlxalq Assosiasiyasının məlumatına görə, qadın-pilotların sayına görə dünyada birinci yerdə Hindistandır. Trend "The Telegraph"a istinadən xəbər verir ki, dünyada pilotların 5%-i qadınlardır, Hindistanda isə bu göstərici 13%-dir. Qeyd olunur ki, bu göstərici bir sıra Qərb ölkələrindəki göstəricidən 2 dəfə çoxdur, o cumlədən Böyük Britaniya (4,77%) və ABŞ (4,36%) daxil olmaqla.