Arzu Nağıyev: "Avropa İttifaqına daxil olan bir dövlətlə münasibət qurmaq Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir"


Siyasət 09 Sen 2018 18:46:00 250 0

Arzu Nağıyev: "Avropa İttifaqına daxil olan bir dövlətlə münasibət qurmaq Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir"

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xorvatiyaya səfər etməsi, eləcə də Xorvatiya prezidentlərinin Azərbaycana gəlməsi mühüm əhəmiyyət kəsb edən görüşlərlə yadda qalıb.

Son.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərini şərh edərkən politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan-Xorvatiya münasibətləri, diplomatik əlaqələri hələ 1995-ci ildən qurulub, istər siyasi, iqtisadi, istərsə də mədəni və digər sahələrdə daima müsbət tendensiyalar olub: "Məlum məsələdir ki, görüşlərlə bağlı "Zaqreb" bəyannaməsi də imzalanıb. Bundan başqa, Xorvatiya ilə Azərbaycan arasında əsasən Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınması ilə bağlı müvafiq sənədlər var. Yəni, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısını almaqla bərabər, eyni zamanda bunu Xorvatiya üçün də edir. Eləcə də gələcəkdə Xorvatiya ərazisində müvafiq qaz terminallarının yaradılması da nəzərdə tutulur. Həmçinin kiçikhəcimli gəmilərin inşası və gəmiqayırma sahəsində müəyyən addımlar atıla bilər. Turizm, infrastruktur, informasiya texnologiyaları ilə bağlı da bu sahədə mühüm əlaqələr var. Xorvatiya minalardan təmizlənmə sahəsində çox böyük təcrübəyə malikdir".

A.Nağıyev deyib ki, son imzalanan müqavilələr onu göstərir ki, bizim mədəni əlaqələrimiz yüksək səviyyədə inkişaf edə bilər: "Bizim Xorvatiya ilə heç bir sahədə hansısa problemimiz yoxdur. Yəni həm Azərbaycanın tranzit bir ölkə olması, eyni zamanda Avropa İttifaqına daxil olan bir dövlətlə münasibət qurmaq Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu görüşdə də bunlar bir daha vurğulanıb".