Yeni tədris ili başlayır:


Digərləri 09 Sen 2018 18:10:00 244 0

Yeni tədris ili başlayır:

Bu il yeni tədris ili sentyabrın 17-də başlayacaq. Buna səbəb 15 sentyabrın həftənin şənbə gününə təsadüf etməsidir. Artıq paytaxt Bakıda yeni tədris ili ilə bağlı hiss olunacaq dərəcədə sıxlıq müşahidə edilməkdədir. Paytaxta axın həm də kirayə bazarında canlanma yaradıb. Tələb çox, təklifdəki qiymətlər isə sözün əsl mənasında "əl yandırır".

Hazırda kirayə bazarında qiymətlər 30-40 faiz bahalaşıb. Bölgələrdə yaşayan və paytaxtdakı universitetlərə qəbul olunan tələbələr ev axtarışına çıxıb. Bu isə kirayə bazarında tələbin artmasına səbəb olub.

Son.az bildirir ki, ev alqı-satqısı ilə məşğul olan Natiq Bəhramov Modern.az-ın əməkdaşı ilə söhbət zamanı sentyabrda Bakıda kirayə qiymətlərinin avqustla müqayisədə artdığını bildirib.