Dənizdə batdığı ehtimal olunan şəxs axtarılır


Digərləri 09 Sen 2018 18:01:00 205 0

Dənizdə batdığı ehtimal olunan şəxs axtarılır

Xəzər dənizində bir nəfərin batdığı ehtimal olunur.

Bakı. Xəzər dənizində bir nəfərin batdığı ehtimal olunur. Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Abşeron rayonunun Novxanı kəndində dənizdə 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.