İran qonşu ölkənin ərazisinə raket zərbəsi endirdi


Dünya 09 Sen 2018 17:16:00 330 0

İran qonşu ölkənin ərazisinə raket zərbəsi endirdi

İran İslam İnqilabının Keşikçiləri Korpusu (İİKK) İraq ərazisində yerləşən və ölkədə fəaliyyətinə qadağa qoyulmuş İran Kürdüstanı demokratik partiyasının qərargahına raket zərbəsi endirildiyini təsdiqləyib.

Son.az bildirir ki, bu barədə oxu.az xəbər verib.  

"Şənbə günü ən qəddar və cinayətkar qruplaşmalardan birinin rəhbərlərinin toplaşdığı qərargaha qarşı uğurlu əməliyyat keçirilib. Qərargah eyni zamanda terrorçuların təlim mərkəzi kimi istifadə edilib. Hədəfə "yer-yer" sinfinə aid 7 raket buraxılıb", - İİK-nin bəyanatında deyilir.