İddia: Rusiyalı futbolçunun dopinq qəbul edib


İdman 09 Sen 2018 17:16:00 265 0

İddia: Rusiyalı futbolçunun dopinq qəbul edib

Rusiya millisinin üzvü Denis Çerışevin dopinqdən istifadə etməsi haqda xəbərlər yayılıb. Goal.az xəbər verir ki, futbolçunun atası Dmitri Çerışev Rusiya mətbuatına açıqlamasında oğlunun DÇ-2018-dən əvvəl qadağan olunan preparatdan istifadə etdiyini etiraf edib. Rusiya Antidopinq Agentliyi və Ümumdünya Antidopinq Agentliyi məsələ ilə bağlı araşdırmaya başlayıb.

Çerışevin dopinqdən istifadə etdiyi rəsmən təsdiqlənsə, ona ciddi cəza verilə bilər. Valencia-nın futbolçusu DÇ-2018-də 5 oyuna 4 qol vurub.